Milli Məclis qanunvericilik fəaliyyəti ilə ölkəmizin demokratik inkişafına əsaslı töhfələr verəcək – 08.12.2010

Dekabrın 7-də Milli Məclisin növbəti iclası keçirildi. Deputatları salamlayan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, ölkəmizin demokratik inkişafı parlament seçkilərinin də azad və ədalətli keçirilməsinə münbit şərait yaratdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisi öz qanunvericilik fəaliyyətində ölkəmizin demokratik inkişafına əsaslı töhfələr verəcək.

Dekabrın 7-də Milli Məclisin növbəti iclası keçirildi. Deputatları salamlayan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, ölkəmizin demokratik inkişafı parlament seçkilərinin də azad və ədalətli keçirilməsinə münbit şərait yaratdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisi öz qanunvericilik fəaliyyətində ölkəmizin demokratik inkişafına əsaslı töhfələr verəcək.
İclasda Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəhbərliyi, üzvləri və MSK Aparatının işçiləri də iştirak edirdilər. Milli Məclisin Sədri Oqtay Əsədov bütün deputatlar adından parlament seçkilərinin yüksək səviyyədə keçirilməsinə görə onlara minnətdarlığını bildirdi. Qeyd etdi ki, Azərbaycanın seçki tarixində ilk dəfə olaraq 2010-cu ilin parlament seçkilərində heç bir seçki dairəsində nəticələr ləğv edilməmişdir. Bu, bir daha onu göstərir ki, Azərbaycanda seçki təcrübəsi çox yüksək səviyyədədir.
Deputat vəsiqələrinin ilk dəfə olaraq 2005-ci ildə Milli Məclisdə deputatlara təqdim olunduğunu deyən Oqtay Əsədov bu ənənənin davam etdirildiyini bildirdi.
İclasda çıxış edən MSK-nın sədri Məzahir Pənahov dördüncü çağırış Milli Məclisin ölkəmizin inkişafına öz töhfələrini verəcəyinə əminliyini ifadə etdi. O dedi ki, demokratik prinsiplər əsasında şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün ən əsas məqamlardan biri ölkə başçısının siyasi iradəsidir. Bütün dünyada artıq özünə vətəndaşlıq qazanmış bir faktor seçkilərin keçirilməsində mühüm rol oynayır. İstənilən ölkədə demokratik seçkilərin keçirilməsi üçün orada ölkə rəhbərliyinin siyasi iradəsi olmalıdır. MSK sədri ardıcıl olaraq nümayiş etdirdiyi siyasi iradəyə görə, ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirdi.
Məzahir Pənahov onu da bildirdi ki, parlament seçkilərində 125 deputat yerinə 700-ə yaxın namizəd qeydə alınmışdı. Bu namizədlər arasında 23 siyasi partiyanın nümayəndələri var idi və 125 seçki dairəsinin hamısında demək olar ki, seçkilərin siyasi plüralizm, yüksək siyasi mədəniyyət və siyasi fikirlərin çoxluğu şəraitində keçirilməsi təmin olundu.
Parlamentin işinə uğurlar arzulayan Məzahir Pənahov əmin olduğunu bildirdi ki, dördüncü çağırış Milli Məclis də Azərbaycan xalqına layiqincə xidmət edəcək.
MSK-nın sədri Məzahir Pənahov Milli Məclisin Sədri Oqtay Əsədova, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərova, müavinləri Bahar Muradovaya, Valeh Ələsgərova və seçki dairəsi ardıcıllığı ilə deputatlara deputat vəsiqələrini təqdim etdi.
Sonra gündəlikdəki məsələlərə baxıldı. Əvvəlcə Milli Məclisin İntizam komissiyası təşkil edildi. Sonra Milli Məclisin komitələrinin sədr müavinləri və komitələrin üzvləri seçildilər.
Bununla da Milli Məclisin iclası başa çatdı.

“Azərbaycan”

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib