Dördüncü çağırış Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin ilk iclası keçirilmişdir – 08.12.2010

Dekabrın 7-də dördüncü çağırış Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin ilk iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, komitənin sədri Səməd Seyidov deputat həmkarlarını təbrik etmiş və qurumun fəaliyyəti barədə məlumat vermişdir.Sonra gündəlikdəki qanun layihələri barədə məlumat verilmişdir. Bildirilmişdir ki, gündəlikdə “Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yaradılması haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya prezidentlərinin və Macarıstanın Baş nazirinin Bakı Bəyannaməsinin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında” Müqavilənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” və s. qanun layihələri daxil edilmişdir.

Dekabrın 7-də dördüncü çağırış Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin ilk iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, komitənin sədri Səməd Seyidov deputat həmkarlarını təbrik etmiş və qurumun fəaliyyəti barədə məlumat vermişdir.
Sonra gündəlikdəki qanun layihələri barədə məlumat verilmişdir. Bildirilmişdir ki, gündəlikdə “Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yaradılması haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya prezidentlərinin və Macarıstanın Baş nazirinin Bakı Bəyannaməsinin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında” Müqavilənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” və s. qanun layihələri daxil edilmişdir.
Komitə sədri layihələr barədə ətraflı məlumat vermişdir.
Çıxış edən deputatlar adları çəkilən sənədlərin Azərbaycan xalqının milli maraqlarına, Azərbaycan – Türkiyə münasibətlərinin daha da möhkəmlənməsinə, eləcə də ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət edir.
Sonda qanun layihələri təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib