Azərbaycan Respublikası Milli Məclisinin yeni tərkibdə iclası olub – 29.11.2010

 Azərbaycan Respublikası Milli Məclisinin yeni tərkibdə  iclasında Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev  iştirak  edib. 

 

Azərbaycan Respublikasının dördüncü çağırış Milli Məclisinin ilk iclası öz işinə başlayıb. Azərbaycan Respublikası Milli Məclisinin yeni tərkibdə  iclasında Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev  iştirak  edib.

Azərbaycan Respublikası Milli Məclisinin yeni tərkibdə  iclasında Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev  iştirak  edib.

 

Azərbaycan Respublikasının dördüncü çağırış Milli Məclisinin ilk iclası öz işinə başlayıb. Azərbaycan Respublikası Milli Məclisinin yeni tərkibdə  iclasında Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev  iştirak  edib.

 

 İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açıb. Parlamentin daxili nizamnaməsinə əsasən yeni çağırış Milli Məclisin ilk iclasını aparan ən qocaman deputat Fəttah Heydərov iclası açıq elan edib.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra Milli Məclisin daxili nizamnaməsinə əsasən seçilən deputatların siyahısı oxunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda nitq söyləyib.

Hesablayıcı Komissiyanın tərkibi müəyyən edildikdən sonra Milli Məclisin sədrinin seçkisi keçirilib, Oqtay Əsədov dördüncü çağırış Milli Məclisin sədri seçilib. Deputat Ziyafət Əsgərov sədrin birinci müavini, Bahar Muradova və Valeh Ələsgərov isə müavinləri seçilib.

Deputat Əli Hüseynov Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov təhlükəsizlik və müdafiə komitəsinin, Ziyad Səmədzadə iqtisadi siyasət komitəsinin, Valeh Ələsgərov təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Eldar İbrahimov aqrar siyasət komitəsinin, Hadi Rəcəbli sosial siyasət komitəsinin, Arif Rəhimzadə regional məsələlər komitəsinin, Şəmsəddin Hacıyev elm və təhsil komitəsinin, Nizami Cəfərov mədəniyyət komitəsinin, Rəbiyyət Aslanova insan hüquqları komitəsinin, Səməd Seyidov beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədrləri təsdiq ediliblər.

 

 

 

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib