Növbəti uğurlu görüş gənclərlə olub

1 noyabr saat 15.00-da 85 saylı Şamaxı seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanov Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şamaxı Rayon Komitəsinin akt zalında Şamaxı şəhərində ali təhsil məktəbləri tələbələrinin böyük bir qrupu ilə görüşüb. Qeyd edək ki, bu, artıq seçki kampaniyası çərçivəsində namizəd E.Süleymanovun seçicilərlə 24-cü görüşü idi.

Görüşdə namizədin vəkili, tibb elmləri doktoru, professor Afər Əfəndiyev, həmçinin tanınmış aktyor və kino-rejissor, xalq artisti Ramiz Əzizbəyli çıxış edib. Daha sonra söz namizəd Elxan Süleymanova verilib.

E.Süleymanov Milli Məclis üzvü seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb. Namizəd E.Süleymanovun çıxışı dəfələrlə gənclər tərəfindən alqışlarla müşayiət olunub.

Bənzər mövzular

Avropa Şurası Parlament Assambleyasının tragikomik qərarı və ya 14 nəfərin “ömürlük cəza”sının anatomiyası haqqında
AŞPA-nın Prosedur Qaydaları, Toxunulmazlıqlar və İnstitusional Məsələlər Komitəsinin üzvlərinə açıq məktub:
Şamaxının millət vəkili Elxan Süleymanovun iştirakı və dəstəyi ilə  Şamaxı şəhərində iftar süfrəsi açılıb
AŞPA Azərbaycanı yenidən siyasi poliqona çevirmək istəyir