85 saylı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanovun seçki qərargahının bülleteni nəşr olunub

85 saylı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanovun seçki qərargahı tərəfindən namizədin seçkiqabağı təşviqat kampaniyasının ilk on günü ilə bağlı hesabat bülleteni nəşr olunub.

“10 günə 10 möhtəşəm görüş” adlanan bülletendə təşviqat kampaniyasının ilk on gününün yekunları təqdim olunur, seçki qərargahı tərəfindən həyata keçirilən “Qapıdan-qapıya” proqramı barədə məlumat verilir. Bülletendə həmçinin, namizədin platforması, tərcümeyi-halı və seçicilərə müraciəti yer alıb. Namizəd E.Süleymanovun ideyası və rəhbərliyi ilə çap olunan və Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayan “Xocalı soyqırımı: milyon imza-bir tələb” kitabı haqqında da bülletendə məlumat verilib.

Bənzər mövzular

Şamaxının millət vəkili Elxan Süleymanovun iştirakı və dəstəyi ilə  Şamaxı şəhərində iftar süfrəsi açılıb
AŞPA Azərbaycanı yenidən siyasi poliqona çevirmək istəyir
Böyük şair haqqında kiçik yazı
Mirzə Ələkbər Sabir yaradıcılığına həsr edilmiş VIII bədii qiraət müsabiqəsi