Bir təqvim günündə iki uğurlu görüş

(Məlhəmdə iki, Qızmeydanda dörd kəndin seçiciləri ilə)

23 oktyabrda 85 saylı Şamaxı Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanovun Məlhəm kəndində Məlhəm və Əngəxaran, Qızmeydanda isə eyni adlı kəndin seçiciləri ilə yanaşı, həm də Pirbəyli, Əhmədli və Hacılı kəndlərinin seçiciləri ilə  görüşləri keçirilib.

Yüzlərlə seçicinin qatıldığı görüşlərin aparıcısı Elxan Süleymanovun vəkili, Şamaxı şəhər 2 saylı orta məktəbin direktoru İslam Baxşıyev olub.

Səmimi atmosferdə keçən görüşlərdə deputatlığa namizəd Elxan Süleymanov proqram xarakterli çıxışlar edib.

Namizədin vəkillərinin çıxışları da yaddaqalan olub. Tədbirlərə qatılan qonaqlardan tanınmış hüquqşünas Adil Minbaşının və siyasi elmlər doktoru Ramiz Sevdimalıyevin çıxışları xüsusi maraqla dinlənilib.

Hər iki görüşdə seçicilər də fəallıq nümayiş etdiriblər. Qızmeydan orta məktəbinin direktoru Hacımurad Bəşirov və başqaları deputatlığa namizəd Elxan Süleymanovun 7 noyabr seçkilərində qələbə əldə edəcəyinə şübhə etmədiklərini qeyd ediblər.

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib