Həmyəli və ətraf kəndlərin seçiciləri ilə görüş keçirilib

85 saylı Şamaxı Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanovun 22 oktyabr saat 15.00-da Həmyəli kənd məktəbinin idman zalında  Həmyəli, İkinci Cabanı, Cabanı, İkinci Çaylı və Qonaqkənd kəndindən olan seçicilərlə görüşüb.

Olduqca səmimi şəraitdə keçən görüşü Elxan Süleymanovun vəkili, Şamaxı şəhər 2 saylı orta məktəbin direktoru İslam Baxşıyev açdı. Namizəd haqqında məlumat verdikdən sonra o, sözü Elxan Süleymanova verdi. Namizəd Elxan Süleymanov öz məqsəd və məramı haqda seçicilərə ətraflı məlumat verdi.

Daha sonra namizədin vəkilləri – tanınmış cərrah, tibb elmləri doktoru, professor Afər Əfəndiyev və kino-rejissor Şeyx Əbdül Mahmudbəyov çıxış etdilər.

Üç yüzdən artıq seçicinin iştirakı ilə keçirilən görüş Elxan Süleymanovun 85 saylı Seçki Dairəsinin seçiciləri ilə sayca yeddinci genişmiqyaslı görüşüdür.

 

Bənzər mövzular

Şamaxının millət vəkili Elxan Süleymanovun iştirakı və dəstəyi ilə  Şamaxı şəhərində iftar süfrəsi açılıb
AŞPA Azərbaycanı yenidən siyasi poliqona çevirmək istəyir
Böyük şair haqqında kiçik yazı
Mirzə Ələkbər Sabir yaradıcılığına həsr edilmiş VIII bədii qiraət müsabiqəsi