Şəhriyar qəsəbəsində ətraf qəsəbə və kəndlərdən olan seçicilərlə görüş keçirilmişdir

Şəhriyar qəsəbəsində ətraf qəsəbə və kəndlərdən olan seçicilərlə görüş keçirilmişdirOktyabrın 19-da saat 1100-1230-da 85 saylı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanov Şamaxı rayonunun Şəhriyar və Mədrəsə qəsəbələrinin, Kələxana və Kərkənc kəndlərinin seçiciləri ilə görüşdü. Şəhriyar bələdiyyəsinin binasında yüzlərlə seçicinin iştirakı ilə baş tutan görüşdə namizəd ilə yanaşı, onun vəkilləri, şəxsi nümayəndəsi və seçki qərargahının üzvləri iştirak etdi. Görüşün birinci hissəsində seçicilər üçün yerli mədəniyyət ustalarının iştirakı ilə konsert proqramı təşkil edildi. Daha sonra seçicilərin namizəd və onun vəkilləri ilə görüşü baş tutdu.

  Oktyabrın 19-da saat 1100-1230-da 85 saylı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanov Şamaxı rayonunun Şəhriyar və Mədrəsə qəsəbələrinin, Kələxana və Kərkənc kəndlərinin seçiciləri ilə görüşdü. Şəhriyar bələdiyyəsinin binasında yüzlərlə seçicinin iştirakı ilə baş tutan görüşdə namizəd ilə yanaşı, onun vəkilləri, şəxsi nümayəndəsi və seçki qərargahının üzvləri iştirak etdi. Görüşün birinci hissəsində seçicilər üçün yerli mədəniyyət ustalarının iştirakı ilə konsert proqramı təşkil edildi. Daha sonra seçicilərin namizəd və onun vəkilləri ilə görüşü baş tutdu.

 

Görüşü giriş nitqi ilə namizəd Süleymanovun vəkili, Şamaxı rayon mədəniyyət və turizm şöbəsinin aparıcı mütəxəssisi Rəfail Tağızadə açdı. Namizədi seçicilərə təqdim edən və onun haqqında qısa məlumat verən cənab Tağızadə daha sonra sözü namizəd Elxan Süleymanova verdi. Cənab Süleymanov çıxışında ilk olaraq bütövlükdə Şamaxını narahat edən problemlərə toxundu, ardından isə Şəhriyar və Mədrəsə qəsəbələrinin, Kələxana və Kərkənc kəndlərinin sakinlərinin problemləri haqqında danışdı. Namizəd sözügedən qəsəbə və kəndlərin əhalisi üçün xarakterik olan problem və çətinliklərdən xəbərdar olduğunu, bu problemlərin həlli üçün konkret işlənib hazırlanmış planla seçicilərin qarşısına gəldiyini bildirdi: “Mən sizlərin hansı problemlərdən əziyyət çəkdiyinizdən, hansı çətinliklər ilə gündəlik həyat fəaliyyətinizdə qarşılaşdığınızdan xəbərdaram və bu cür problemlərin, çətinliklərin müasir dövrdə minimum həyat şəraiti üçün də uyğun gəlmədiyini bilirəm. Məhz bunun üçün biz sizinlə birlikdə, bir məqsəd və amal uğrunda çalışmağı özümüzə şərəf bilərək burdayıq. Şamaxının çox böyük potensialı var və bu potensialı işə salacaq sistemi yaratmaq kifayətdir ki, sistem özü problemlərin öhdəsindən gəlsin, qaz, su, işıq, kanalizasiya kimi XXI əsr Şamaxısına yaraşmayan problemləri, işsizlik kimi qlobal xarakterli bəlanı aradan götürsün”. Çıxışının sonunda namizəd seçicilərdən daima fəal olmağı, hadisə və proseslərlə biganə qalmamağı xahiş etdi.

 

Namizədin nitqindən sonra onun vəkilləri çıxış etdi və namizədin həyatı, mədəni sahədə gördüyü işlər, ictimai-siyasi sahədə göstərdiyi fəaliyyət, xeyriyyəçilik addımları haqqında tədbir iştirakçılarına məlumat verdilər.

 

Vəkillərdən sonra söz seçicilərə verildi. Görüşdə iştirak edən qəsəbə və kəndlərin seçiciləri adından çıxış edən bir qadın seçici Şamaxının potensialı ilə bağlı namizədin söylədiyi fikirlərlə razı olduğunu və bu potensialın hərəkətə keçirilməsi üçün vaxtın gəldiyini bildirdi, deputatlığa namizəd Elxan Süleymanova inandıqlarını, bu inamın özünü doğruldacağına ümidvar olduğunu diqqətə çatdırdı. Digər bir seçici isə Şamaxı əhalisinin fəal olduğunu və bundan sonra proseslərə daha fəal qoşulacağı, deputatları ilə bağlı daha tələbkar olacaqlarını qeyd edərək, namizəd Süleymanova səs verəcəyini bildirdi. Çıxış edən digər seçicilər də bənzər fikirlər səsləndirdilər.

 

Görüşün sonunda Elxan Süleymanov isti münasibətə və inamlarına görə seçicilərə bir daha təşəkkür etdi və onların inamlarını doğrultmaq üçün əlindən gələn hər şeyi edəcəyinə söz verdi.

 

 

 

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib