Mirikənd kəndində ətraf kəndlərdən olan seçicilərlə görüş keçirilmişdir

Mirikənd kəndində ətraf kəndlərdən olan seçicilərlə görüş keçirilmişdir85 saylı Şamaxı dairəsindən Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanov 17 oktyabrda Şamaxı rayonunun Mirikənd, Qaravəlli, Məlcək, Meysəri, Qurdtəpə, Muğanlı, Şirvan, Saqiyan və Şərədil kəndlərinin seçiciləri ilə görüş keçirdi. Mirikənd kənd mədəniyyət evində baş tutan görüşdə namizəd ilə yanaşı onun vəkilləri, şəxsi nümayəndəsi və seçki qərargahının üzvləri də iştirak etdi. İlkin olaraq görüş kəndin mədəniyyət ustalarının iştirakı ilə təşkil olunmuş konsert proqramı ilə başladı. Konsert proqramından sonra isə namizəd ilə seçicilərin görüşünə keçildi.

 Yüzlərlə seçicinin iştirak etdiyi tədbiri giriş nitqi ilə namizədin vəkili, Şamaxı şəhər 2 saylı orta məktəbinin direktoru İslam Baxşıyev çıxış edərək seçicilərə görüşün protokolu haqqında məlumat verdi. Bunun ardınca, protokola uyğun olaraq söz namizəd Elxan Süleymanova verildi. Cənab Süleymanov öz çıxışına qədim Azərbaycan torpağı olan, milli dövlətçilik tariximizdə əvəzsiz yerə sahib Şamaxı haqqında fəxarət hissi ilə danışmaqla bağladı. Daha sonra dahi Sabirdən sitat gətirən Süleymanov çıxışının əsas hissəsini Şamaxı rayonunun mövcud problemlərinə həsr etdi. Rayonda əhalinin üzləşdiyi problem və çətinliklərin XXI əsr dünyası ilə uzlaşmadığını bildirən namizəd bu problemlərin aradan qaldırılması ilə bağlı əhalinin tələblərinin əslində çox da böyük bir tələb olmadığını, sadəcə layiqli həyat tərzi naminə gərəkli olan zərurətlər olduğunu bildirdi. Cənab Süleymanov rayonda olan problemlərin və onların aradan qaldırılma öncəliyi ilə bağlı ictimai rəyin öyrənilməsi üçün Şamaxı ərazisində onun tərəfindən artıq ictimai rəy sorğusu keçirildiyini seçicilərin diqqətinə çatdırdı. Namizəd onu da qeyd etdi ki, regionda olan problemlərin aradan qaldırılması üçün onun artıq müəyyən edilmiş planları vardır. Elxan Süleymanov SSRİ dövründə Şamaxının sahib olduğu aqrar-sənaye potensialı, iqtisadi göstəricilər haqqında statistik məlumatlar verməklə müqayisəli əsasda rayonun cari problemlərini təhlil etdi. Daha sonra cari problemlərin orta perspektivdə həlli ilə bağlı planları haqqında görüş iştirakçılarını məlumatlandırdı. Bundan əlavə, namizəd görüş zalında əyləşən gənclərə müraciət edərək onları daha çox təhsil almağa, maariflənməyə çağırdı, istər dünya, istərsə də ölkəmiz üçün xarakterik olan çoxsaylı problemlərin kökündə duran məsələnin məhz təhsilə marağın azalmasının olduğunu göstərdi. Cənab Süleymanov iştirakçıları müzakirələrə fəal cəlb olunmağa çağırmaqla öz nitqini yekunlaşdırdı.

Namizəddən sonra onun vəkilləri tanınmış kinorejissor Şeyx Əbdül Mahmudbəyov, tibb elmləri doktoru, prof. Afər Əfəndiyev çıxış etdilər.Vəkillərin çıxışından sonra Mirikənd kəndinin sakini Əzizağa müəllim söz aldı və kəndin problemləri, xüsusilə də təhsil sahəsində olan çatışmazlıqlar ilə bağlı namizədə məlumat verdi. Daha sonra  Şərədil kənd sakini Habil müəllim və digər iştirakçılar mövcud problemlər, onların həlli ilə bağlı təkliflərlə çıxış etdilər.

Sonda Elxan Süleymanov görüşə göstərdikləri diqqətə görə seçicilərə təşəkkür etdi və onları seçkilərdə fəal iradə nümayiş etdirməyə çağırdı.

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib