Göylər kəndində ətraf kəndlərdən olan seçicilərlə görüş keçirilmişdir

Göylər kəndində ətraf kəndlərdən olan seçicilərlə görüş keçirilmişdirOktyabrın 18-də saat 1500-1700-da 85 saylı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanov Şamaxı rayonunun Göylər, Dağ Bağırlı, I Çaylı, Quşçu və Laləzar kəndlərinin seçiciləri ilə görüşdü. Göylər kənd mədəniyyət evində 400-dən çox seçicinin iştirakı ilə baş tutan görüşdə namizəd ilə yanaşı, onun vəkilləri, şəxsi nümayəndəsi və seçki qərargahının üzvləri iştirak etdi. Görüş ilk olaraq Şamaxı rayonunun mədəniyyət işçilərinin iştirakı ilə təşkil edilmiş konsert proqramı ilə başladı. Görüşün ikinci hissəsi isə seçicilərin namizədlə görüşünə həsr edildi.

Oktyabrın 18-də saat 1500-1700-da 85 saylı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanov Şamaxı rayonunun Göylər, Dağ Bağırlı, I Çaylı, Quşçu və Laləzar kəndlərinin seçiciləri ilə görüşdü. Göylər kənd mədəniyyət evində 400-dən çox seçicinin iştirakı ilə baş tutan görüşdə namizəd ilə yanaşı, onun vəkilləri, şəxsi nümayəndəsi və seçki qərargahının üzvləri iştirak etdi. Görüş ilk olaraq Şamaxı rayonunun mədəniyyət işçilərinin iştirakı ilə təşkil edilmiş konsert proqramı ilə başladı. Görüşün ikinci hissəsi isə seçicilərin namizədlə görüşünə həsr edildi.

İkinci hissəni giriş sözü ilə İslam Baxşıyev açdı və göstərdikləri fəallığa görə seçicilərə öz minnətdarlığını bildirdi. Seçicilərə namizəd Elxan Süleymanov haqqında qısa məlumat verən cənab Baxşıyev çıxış üçün sözü namizədə verdi.

Öz çıxışında cənab Süleymanov ilk olaraq seçicilərin görüşə yüksək diqqətindən, prosesdə fəal iştirakından olduqca məmnunluq hissi duyduğunu və bu fəallığın seçki günü də davam edəcəyinə ümidvar olduğunu bildirdi. Namizəd daha sonra seçicilərə bildirdi ki, o, artıq Göylər, Dağ Bağırlı, I Çaylı, Quşçu və Laləzar kəndlərinin əsas problemlərindən xəbərdardır və bu kəndlərin əhalisinin tələblərinin nədən ibarət olduğu haqda məlumatı vardır: “Sizin həllini tələb etdiyiniz problemlər, əslində sizin minimal həyat tərziniz üçün gərəkli olan şərtlərdir. Sizin tələbləriniz çox kiçik arzulardır, yerinə yetirilməsi mümkün olmayan xəyallar deyil. XXI əsrdə sizlərin, o cümlədən Şamaxının digər əhalisinin hələ də partlamış su kəməri, yarımçıq qaz xətti, sıradan çıxmış işıq dirəkləri, olmayan kanalizasiya boruları və sair kimi problemlərdən danışması və əziyyət çəkməsi qəbul edilə biləcək hal deyildir”. Cənab Süleymanov daha sonra Şamaxı və onun kəndlərinin, o cümlədən Göylər, Dağ Bağırlı, I Çaylı, Quşçu və Laləzar kəndlərinin qaz, su, işıq və kanalizasiya kimi ümumi problemlərin həlli ilə bağlı atacaqları addımlardan danışdı. Bundan sonra namizəd Süleymanov əsas diqqətini Şamaxıda, o cümlədən sözügedən kəndlərdə ən vacib sosial problem kimi ön plana çıxan işsizliyə yönəltdi. Namizəd işsizliyin aradan qaldırılması ilə bağlı planları haqqında seçicilərə məlumat verdi və bu planların həyata keçirilməsi üçün Şamaxının kifayət qədər potensialı olduğunu bildirdi: “Azərbaycan SSR-də Şamaxı rayonu öz üzümçülük və şərabçılığına görə təkcə ölkəmizdə deyil, bütün ittifaq ərazisində seçilirdi. Bu gün rayonun bu istiqamətdə sahib olduğu potensialdan istifadə olunmur. Mən bu potensialı və yerli və xarici investorların marağını əldə əsas tutmaqla Şamaxıda işsizlik problemi ilə ciddi mübarizə aparacam. İnanıram ki, sizlərin də dəstəyinizlə bu plan uğurla reallaşacaqdır”.

Namizəddən sonra onun vəkilləri çıxış etdi və vəkillik etdikləri namizədin həyatı, mədəni sahədə gördüyü işlər, ictimai-siyasi sahədə göstərdiyi fəaliyyət, xeyriyyəçilik addımları haqqında tədbir iştirakçılarına məlumat verdilər.

Daha sonra söz alan seçicilər namizədə öz fikirlərini, tələb və təkliflərini çatdırdılar. İlk olaraq Göylər kənd sakini Ataxan müəllim çıxış edərək Elxan Süleymanova inandıqlarını, lakin ondan daha böyük gözləntiləri olduqlarını söylədi. Daha sonra bir neçə kənd ağsaqqalı söz aldı və namizədə öz tələb və təkliflərini çatdırdı. Sonda Göylər kəndinin bir qadın sakini namizədlə bağlı öz fikirlərini, ondan gözlədikləri fəaliyyəti dilə gətirdi və namizədə seçkilərdə uğurlar arzuladı.

Görüşün sonunda seçicilərdən bəziləri yazılı formada öz təkliflərini, deputat seçiləcəyi halda namizəddən həyata keçirilməsini istədikləri tələbləri namizədə və onun nümayəndəsinə çatdırdılar.

Bənzər mövzular

Xeyriyyəçilik bu gün də var, sabah da… – “Balıq bilməsə də, Xaliq bilir”…
Göyçay rayonunda Hacı Rəhim Əfəndi adına Qaraman kənd tam orta məktəbinin 115 illiyi qeyd olunub
Elxan Süleymanov Şamaxıda və Göyçayda şagirdləri təbrik etdi
Şamaxının millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəblərə qəbul olunmuş şamaxılı gənclərlə görüşüb