Çuxuryurd kəndində ətraf kəndlərdən olan seçicilərlə görüş keçirilmişdir

Çuxuryurd kəndində ətraf kəndlərdən olan seçicilərlə görüş keçirilmişdirOktyabrın 18-də saat 1100-1300-da 85 saylı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanov Şamaxı rayonunun Çuxuryurd, Nağaraxana, Talışnuru, Dədəgünəş, I və II Çağan kəndlərinin sakinlərinin iştirakı ilə seçicilərlə görüşdü. Çuxuryurd kənd mədəniyyət evində 200-dən çox seçicinin iştirakı ilə baş tutan görüşdə namizəd ilə yanaşı, onun vəkilləri, şəxsi nümayəndəsi və seçki qərargahının üzvləri iştirak etdi. İki hissədən ibarət olan görüşün birinci hissəsində seçicilər üçün yerli mədəniyyət ustalarının iştirakı ilə konsert proqramı təşkil edildi. Daha sonra seçicilərin namizəd və onun vəkilləri ilə görüşü keçirildi.

Oktyabrın 18-də saat 1100-1300-da 85 saylı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanov Şamaxı rayonunun Çuxuryurd, Nağaraxana, Talışnuru, Dədəgünəş, I və II Çağan kəndlərinin sakinlərinin iştirakı ilə seçicilərlə görüşdü. Çuxuryurd kənd mədəniyyət evində 200-dən çox seçicinin iştirakı ilə baş tutan görüşdə namizəd ilə yanaşı, onun vəkilləri, şəxsi nümayəndəsi və seçki qərargahının üzvləri iştirak etdi. İki hissədən ibarət olan görüşün birinci hissəsində seçicilər üçün yerli mədəniyyət ustalarının iştirakı ilə konsert proqramı təşkil edildi. Daha sonra seçicilərin namizəd və onun vəkilləri ilə görüşü keçirildi.

 

2 saat davam edən görüşü giriş sözü ilə namizəd Süleymanovun vəkili, Şamaxı şəhər 2 saylı orta məktəbinin direktoru İslam Baxşıyev açdı. Namizədi seçicilərə təqdim edən və onun haqqında qısa məlumat verən cənab Baxşıyev daha sonra sözü namizədə verdi. Elxan Süleymanov öz çıxışı zamanı ilk olaraq bütövlükdə Şamaxı üçün xarakterik olan problemlərə toxundu, sonra isə Çuxuryurd, Nağaraxana, Talışnuru, Dədəgünəş, I və II Çağan kəndlərinin sakinlərinin hamısı üçün ümumi olan problemlərdən danışdı. Namizəd seçicilərin diqqətinə çatdırdı ki, artıq onun təşkilatçılığı ilə bu kəndlərin əsas və ümdə problemləri ilə bağlı ictimai rəy sorğusu keçirilib, qərargahın vəkilləri və digər üzvləri bu kəndlərdə olub, əhali ilə problemlərə və çətinliklərə dair söhbətlər aparıblar: “Və bu məlumatların hamısı mənə çatdırılıb. Mən bölgəni yaxından tanıyan insanlarla, qərargahımın üzvləri ilə bu məqamlarla bağlı uzun-uzadı müzakirələr aparmışam. Problemlərin aradan qaldırılması ilə bağlı konkret təklif və planlar üzərində işləmişəm və bu gün sizlərin də təkliflərinizi, fikirlərinizi bilməkdən çox xoşbəxt olardım”.

 

Namizədin çıxışından sonra onun vəkilləri Şeyx Əbdül Mahmudbəyov, Nadir Abdullayev, Afər Əfəndiyev, Adil Minbaşıyev çıxış etdi və vəkillik etdikləri namizədin həyatı, mədəni sahədə gördüyü işlər, ictimai-siyasi sahədə göstərdiyi fəaliyyət, xeyriyyəçilik addımları haqqında tədbir iştirakçılarına məlumat verdilər.

 

Vəkillərdən sonra fikir və təkliflərini öyrənmək üçün söz seçicilərə verildi. Çıxış edən Mariya Nikolayevna namizədə uğurlar arzu etdi. Mariya Nikolayevna qədim tarixi olan Şamaxının, o cümlədən sözügedən kəndlərin problemlərinin həlli üçün uyğun namizəd saydığı üçün məhz Elxan Süleymanovu dəstəkləyəcəyini bildirdi və hər kəsi namizəd Süleymanova səs verməyə çağırdı. Çıxışının sonunda Mariya xanım seçkilərin həm Şamaxı əhli, həm də Elxan Süleymanov üçün uğurlu keçəcəyinə qəlbən inandığını bildirdi.

 

Görüşün sonunda İslam Baxşıyev seçiciləri 7 noyabr parlament seçkilərində fəal iştirak etməyə və inandığı namizədi dəstəkləməyə çağırdı.

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib