Çarhan kəndində ətraf kəndlərdən olan seçicilərlə görüş keçirilmişdir

Çarhan kəndində ətraf kəndlərdən olan seçicilərlə  görüş keçirilmişdir85 saylı Şamaxı dairəsindən Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanov 17 oktyabrda Şamaxı rayonunun Çarhan, Məlikçobanlı, Nüydü, Sabirli və Adnalı kəndlərinin seçiciləri ilə görüş keçirdi. Çarhan kənd mədəniyyət evində yüzlərlə seçicinin iştirakı ilə baş tutan görüşdə namizəd ilə yanaşı onun vəkilləri, şəxsi nümayəndəsi və seçki qərargahının üzvləri iştirak etmişdir

85 saylı Şamaxı dairəsindən Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanov 17 oktyabrda Şamaxı rayonunun Çarhan, Məlikçobanlı, Nüydü, Sabirli və Adnalı kəndlərinin seçiciləri ilə görüş keçirdi. Çarhan kənd mədəniyyət evində yüzlərlə seçicinin iştirakı ilə baş tutan görüşdə namizəd ilə yanaşı onun vəkilləri, şəxsi nümayəndəsi və seçki qərargahının üzvləri iştirak etmişdir.

 

Tədbiri giriş sözü ilə namizədin vəkili, Şamaxı şəhər 2 saylı orta məktəbinin direktoru İslam Baxşıyev açdı. Daha sonra çıxış edən namizəd əsas diqqəti qədim Azərbaycan torpağının intellektual mərkəzlərindən biri olan Şamaxının mövcud problemlərinə yönəldərək, bu problemlərin müasir dünyanın reallıqları ilə uyğun gəlmədiyini, bu problemlərin aradan qaldırılmasının bir zərurət kimi bütün ictimaiyyət və siyasi dairələrin qarşısında durduğunu bildirdi. Cənab Süleymanov seçicilərə məlumat verdi ki, regionda mövcud olan problemlərin və onların aradan qaldırılma öncəliyi ilə bağlı ictimai rəyin öyrənilməsi istiqamətində artıq əməli addımlar atılmış, onun sifarişi əsasında Şamaxı ərazisində ictimai rəy sorğusu keçirilmişdir. Daha sonra namizəd rayonda mövcud olan və insanların həyatlarına ən çox maneələr yaradan problemlərin aradan qaldırılması istiqamətində planlarını seçicilərin diqqətinə çatdırdı və seçicilərdən bütün deyilənlərə fəal şəkildə münasibətlərini bildirməyi xahiş etdi.

 

Namizədin çıxışından sonra ardıcıl olaraq onun vəkilləri tanınmış kinorejissor Şeyx Əbdül Mahmudbəyov, tibb elmləri doktoru, prof. Afər Əfəndiyev, Şamaxı Rayon Veteranlar Şurasının sədri Ağarza Bayramov və Şamaxı rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov çıxış edərək namizəd haqda seçicilərə daha ətraflı məlumat verdilər.

 

Vəkillərdən sonra söz seçicilərə verildi. İlk olaraq Çarhan kənd sakini Məqarif müəllim söz alaraq namizədi öz kəndlərində salamlamaqdan məmnunluğunu bildirdi, namizəd haqqında məlumatlı olduğunu diqqətə çatdıraraq Elxan Süleymanovun həyat və fəaliyyətinin təqdir edilən olduğunu qeyd etdi. Məqarif müəllim rayonda olan problemlərin, onların həlli yollarının öyrənilməsi istiqamətində atdığı addımlar üçün cənab Süleymanova təşəkkür etdi. Bundan əlavə, kənd sakini seçəcəkləri deputatdan nələr gözlədiklərini namizədin diqqətinə çatdırdı.

 

Daha sonra Məlikçobanlı kənd sakini Sənan müəllim, Adnalı kənd sakini Tofiq müəllim və Mədinə nənə çıxış edərək rayonun problemləri və problemlərin onlar üçün yaratdıqları çətinliklərdən danışdılar və problemlərin həlli ilə bağlı namizədə öz təkliflərini verdilər.

 

 

Namizəd Süleymanov hər iki görüşdən sonra seçicilərin qeyd etdikləri məqamlar və verdikləri təkliflər ilə bağlı fikrini bildirdi. Sonda isə seçicilər üçün konsert proqramı təşkil edildi.

Bənzər mövzular

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır
Şamaxının millət vəkili daha bir məktəbi şagirdlərə hədiyyə etdi
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib